Bu gün Bakıda daha bir komediya filminin “Qala gecəsi” keçiriləcək – VİDEO

Bu gün saat daha bir yerli film olan “NAXOX”un Qala gecəsi keçiriləcək. Premyera saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq. Komdeiya janrında çəkilmiş filmin rejissoru Zaur Mirzəzadədir. Baş rollarda Elməddin Cəfərov, Fərda Amin, Ağaxan Salmanlı oynayır.

Təşkilatçıların A24.Az -a verdiyi məlumata görə Qala gecəsinə olan bilətlər bir neçə gün öncə bitib. Sabahdan etibarən “NAXOX” şəhərin kinotetrlarında nümyiş ediləcək.

Sinopsis: “Emiliya ilə ailə həyatı qurub xoşbəxt yaşayan Rəftar, ata olmağa hazırlaşır. Bir səhər ağrıları başlayan Emiliyanı xəstəxanaya yerləşdirdikdən sonra xəstəxana xərclərini ödəmək üçün pul axtarmağa başlayır. İlk olaraq da yaxın dostu, illərdir görmədiyi Qəhrəmanın yanına getməyi qərar verir. Qəhrəman isə Nüşabədən sonra onun eşqindən tərki dünya olaraq yaşayır. Beləliklə Rəftar və Qəhrəman illər sonra görüşürlər və məlum olur ki, hər iki qəhrəmanımızın problemləri var, hər ikisinə də təcili iş lazımdır. Rəftar və Qəhrəman əllərinə düşən ilk iş təklifini dəyərləndirərək Ağsaqqal kişiyə dayə düzəlməyi qərar verirlər. Söz dinləməz nadinc Ağsaqqal kişi ilə yaşamaq, ona qulluq etmək elə də asan olmur. Və günlərin bir günü Ağsaqqal təsadüfən dünyasını dəyişir. Təbii ki, bunu heç kimə demək olmaz, çünki hamı onlardan şübhələnəcək. Məhz buna görə bizim iki qorxaq qəhrəmanımız vəziyyətdən çıxış yolunu Ağsaqqalın ruhunu çağırmaqda görürlər. Gözlənilmədən ruh gəlir. Rəftar və Qəhrəman bir tərəfdə Ağsaqqalın cəsədi, bir tərəfdə də onun ruhu ilə baş başa qalır. Beləliklə gülməli hadisələr başlayır”.

naxox

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR