Bu gün DÇ-2018-də 1/4 final oyunları keçiriləcək

Bu gün DÇ-2018-də 1/4 final oyunları keçiriləcək
Want create site? Find Free WordPress Themes and plugins.

DÇ-2018 davam edir. Apasport.az saytının məlumatına görə, bu gün mundialda 1/4 final oyunlarına start veriləcək.

“A24.az” bildirir ki, ilk oyun günündə iki görüş baş tutacaq. Əvvəlcə Fransa ilə Uruqvay münasibətlərinə aydınlıq gətirəcəklər. 1/8 finalda Portuqaliya yığmasını yolundan kənarlaşdıran cənubi amerikalılar növbəti avropalı rəqibini məğlub etmək əzmindədi. Fransa millisi isə favoritlərindən hesab olunduğu dünya çempionatında daha irəli getmək üçün güclü rəqiblərdən birinə qalib gəlməlidi. Didye Deşamın komandasında Matuidi vərəqə cəzalısıdırsa, Uruqvayda Kavaninin oynayıb-oynamayacağı sual altındadı.

Günün ikinci oyunu da Cənubi Amerika – Avropa qarşıdurması olacaq. Braziliya Belçika ilə üz-üzə gələcək. Pentakampeonlar növbəti çempionluğu hədəflədiyindən bu oyunda da meydana mütləq qələbə üçün çıxacaqlar. Meksika ilə matçda sonradan meydana çıxan Marselonun zədəsi sağalıbsa, Duqlas Kostanın meydana çıxmamaq ehtimalı var. Kazemiro isə sarı vərəqə cəzası səbəbindən oyunu buraxacaq. Belçika isə bəzi mütəxəssislərin fikrinə görə, tarixin ən yaxşı heyətinə sahib komanda ilə mümkün qədər yüksəyə çıxmaq istəyir. Roberto Martinezin heyət baxımından bir problemi yoxdu.

DÇ-20181/4 final6 iyul

18:00. Uruqvay – Fransa

Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Belatti (hamısı Argentina), Alireza Faqani (İran)

Nijni Novqorod stadionu

22:00. Braziliya – Belçika

Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Ceyr Marrufo (ABŞ)

Kazan Arena

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar