Bu gün II Avropa Oyunlarının loqotipi təqdim olunacaq

Bu gün II Avropa Oyunlarının loqotipi təqdim olunacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Belarusda keçiriləcək II Avropa Oyunlarının loqotipi bu gün təqdim olunacaq.

A24.az-ın “Report”-a istinadən verdiyi məlumata görə, loqotipin rəsmi təqdimat mərasimi bu gün Bakı vaxtı ilə saat 19.00-da Belarus prezidenti Aleksandr Lukaşenkonun anadan olduğu Aleksandriya şəhərində baş tutacaq.

Qeyd edək ki, Aleksandriya şəhəri Belarusun paytaxtı Minskdən 250 km məsafədə yerləşir.

Loqotipin bu formada yaradılması ideyası “Arzularının arxasınca get” şüarından yaranıb. Avropa Oyunlarının rəmzi İvana Kupala yay gecəsində (yay gün dönümü şərəfinə bayram) açılan ayıdöşəyi bitkisi haqqındakı əfsanəni xatırlatmaq məqsədilə elə ayıdöşəyi olacaq. Rəvayətə görə, onu tapan hər kəsin bütün istək və arzularını yerinə yetir.

Bununla əlaqədar loqonun rəsmi təqdimatı zamanı günəş və yerin çiçəklənməsinə həsr olunmuş qədim xalq bayramlarından olan Kupalye bayramı qeyd olunacaq.

II Avropa Oyunlarının rəsmi şüarı “Bright Year, Bright You” (“Parlaq il, parlaq sən”) olacaq.

Xatırladaq ki, Belarus II Avropa Oyunlarına ev sahibliyi etmək hüququnu Avropa Olimpiya Komitələrinin Baş Assambleyasının 2016-cı ilin oktyabr ayında Minskdə keçirilən 45-ci iclasında qazanıb. İlk Avropa Oyunları isə 2015-ci ilin iyun ayında Azərbaycan paytaxtı Bakıda keçirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar