Bu gün Milli Məclis sonuncu dəfə toplaşır

Bu gün Milli Məclis sonuncu dəfə toplaşır
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

“A24.az”ın məlumatına görə, iclasın gündəliyinə 4 yeni məsələ əlavə edilib.

Ümumilikdə gündəlikdə duran 39 məsələyə “Polis haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İcarə haqqında”, “İcra məmurları haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Dövlət qulluğu haqqında”, “Siyasi partiyalar haqqında”, “Feldyeger rabitəsi haqqında”, “Yol hərəkəti haqqında”, “İcra haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Büdcə sistemi haqqında”, “Notariat haqqında” və s. qanunlara, o cümlədən Cinayət, İnzibati Xətalar, Cinayət Prosessual, İnzibati Prosessual, Cəzaların İcrası, Mülki, Vergi məcəllələrinə dəyişiklik layihələri daxildir.

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi də müzakirəyə çıxarılacaq.

İclasda “Məşğulluq haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikasında dövlət daktikloskopik və genom qeydiyyatı haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikası Hesablama Palatası haqqında” (üçüncü oxunuş) qanun layihələri də müzakirə ediləcək.

Millət vəkilləri tərəfindən “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə baxılması da nəzərdə tutulur.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar