Bu gün “Qəbələ” Yunanıstanda Avroliqa oyununa çıxacaq

Bu gün “Qəbələ” Yunanıstanda Avroliqa oyununa çıxacaq
Want create site? Find Free WordPress Themes and plugins.

“Qəbələ” komandası bu gün futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsində ilk oyununa çıxacaq. Rəqib Yunanıstan “Panatinaikos”u olacaq.

Afinadakı “Apostolos Nikolaidis” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Oyunu Xuan Martines Munueranın başçılığı ilə ispaniyalı hakimlər briqadası idarə edəcək.

Bu komandalar 2015-2016 mövsümündə Avroliqanın “play-off” mərhələsində üz-üzə gəliblər. Həmin vaxt “Qəbələ” səfər qolları sayəsində (0:0, 2:2) tarixində ilk dəfə qrup mərhələsinə adlayıb.

“Qəbələ” bu mövsüm mübarizəyə II təsnifat mərhələsindən başlayıb. Roman Qriqorçukun baş məşqçi olduğu kollektiv Polşa “Yagelloniya”sını mübarizədən kənarlaşdırıb – 1:1, 2:0. Bundan sonra Bakıya qayıtmayan “qırmızı-qaralar” əvvəlcə Varşavada, sonra isə Afinada hazırlıq keçib. “Panatinaikos” isə mübarizəyə elə III təsnifat mərhələsindən başlayacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar