Bu gündən magistraturaya ixtisas seçimi başlayır

Bu gündən magistraturaya ixtisas seçimi başlayır
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gündən magistratura səviyyəsinə qəbul imtahanlarının müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçimini yerinə yetirə bilərlər.

“A24.az”ın “Report”a istinadən verdiyi məlumata görə, seçimlər iyunun 19-dək internet vasitəsilə davam edəcək.

Xatırladaq ki, müsabiqəyə yalnız ixtisaslaşma seçimini edərək təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Qeyd edək ki, DİM-in 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına iyunun 4-də keçirilən qəbul imtahanının ikinci mərhələsinin nəticələrinə görə imtahanda 9 503 bakalavr iştirak edib. 19 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil

Müzakirə

A24.Az