Azərbaycanda 627 özəl tibb müəssisəsinə lisenziya verilib

Azərbaycanda 627 özəl tibb müəssisəsinə lisenziya verilib
Want create site? Find Free WordPress Themes and plugins.

“Əksər özəl tibb müəssisələri Səhiyyə Nazirliyinin tələblərini ciddi şəkildə pozur”, -bunu “a24.az”a Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli deyib.

Onun sözlərinə görə, bu günədək Azərbaycanda nazirlik tərəfindən 627 özəl tibb müəssisəsinə lisenziya verilib və bu siyahı mütəmadi olaraq dəyişir.

Nazirlik rəsmisi təəssüflə deyib ki, bəzi özəl tibb müəssisələri qoyulan qaydalara riayət etmir: “Bütün özəl tibb müəssisələri Səhiyyə Nazirliyi tərəfindən lisenziyalaşdırılır. Lisenziya verilən zaman isə özəl tibb müəssisəsinin müvafiq standartlara tam uyğun olması vacibdir. Amma bunu vacib saymayan müəssisələr də var. Çatışmazlıqlarla bağlı müxtəlif məsələlər olur. Tutaq ki, gigiyenik normalar zəif olur, tibbi standartlara uyğunluq olmur, sənədləşmədə qüsurlar olur, lisenziyasında göstərilən fəaliyyətdən kənara çıxmalara rast gəlinir”.

A.Qədirli vurğulayıb ki, Səhiyyə Nazirliyi müəssisəyə bir neçə sahədə tibbi fəaliyyətlə məşğul olmağa icazə verir. Lakin aparılan yoxlamalar zamanı surprizlər çıxır: “Məlum olur ki, özəl müəssisə lisenziyadan kənar başqa tibbi fəaliyyət də göstərir”.

Xidmət rəhbəri əlavə edib ki, nazirlik özəl müəssisələrdə iki cür yoxlamalar aparır: “Nazirlik tərəfindən planlı və plansız yoxlamalar aparılır. Plansız yoxlamalar özəl tibb müəssisəsinin fəaliyyəti dövründə hansısa nöqsanlara görə daxil olan siqnallar əsasında aparılır”.

A.Qədirli xaricdən dəvət olunan həkimlərdən də söz açıb: “Bu sahədə də ciddi pozuntular aşkar olunur. Səhiyyə Nazirliyinin müvafiq komissiyası var. Xaricdən dəvət olunan bütün mütəxəssislər qanunla müəyyən olunmuş prosedurlardan keçməlidirlər. Özəl tibb müəssisi tərəfindən dəvət olunan mütəxəssislərlə bağlı sənədlər həmin tibb müəssisəsi tərəfindən bir neçə həftə qabaq Səhiyyə Nazirliyinin müvaffiq komissiyasına verilməlidir. Sözügedən xarici ölkə vətəndaşının diplomu, ixtisası, müvafiq sənədləri yoxlanıldıqdan sonra Səhiyyə Nazirliyi icazə verir. Təəssüf ki, əksər özəl tibb müəssisələri bu qaydalara da əməl etmir, ölkə qanunlarını pozurlar. Burada tək Səhiyyə Nazirliyi deyil, o cümlədən, Miqrasiya Xidməti və digər qurumların da lisenziyası mütləq lazımdır ki, xarici mütəxəssis burada tibbi fəaliyyətlə məşğul olsun. Təəssüf ki, bu qanunları pozan müəssisələr çoxdur. Burda operativ qaydada cəzalar tətbiq oluna bilər”.

Amid Əyyuboğlu

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar