Bu il Həccə getmək istəyənlərə ŞAD XƏBƏR

Səudiyyə Ərəbistanı Həcc kvotasını artırır.

“A24.az” Trend-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və ümrə naziri Muhamməd bin Salih bin Tahir Bəntən bununla bağlı Ciddədə İslam ölkələrinin rəsmiləri ilə görüşüb.

Kvotanın yüksəldilməsinə səbəb Məkkənin müqəddəs məkanlarında genişləndirmə işlərinin yekunlaşmaq üzrə olması və bəzi yerlərdə işlərin tam başa çatmasıdır.

Nazir kvotanın yüksəldilməsi səbəbindən bu il təhlükəsizlik tədbirlərinin daha da gücləndiriləcəyini deyib. Sayın nə qədər artırılacağı açıqlanmayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR