Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər - SİYAHI

Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Təhsil Nazirliyi 2018-ci il ərzində modul tipli məktəblərin quraşdırılacağı əraziləri açıqlayıb.

A24.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, bu il ərzində ümumilikdə 137 modul tipli məktəb qurulacaq. Həmin məktəblər Quba, Xaçmaz, Şabran, Qusar, Siyəzən, Xızı, İsmayıllı, Ağsu, İmişli, Qobustan, Şamaxı, Oğuz, Şəki, Qəbələ Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Ağdaş, Bərdə, Ağcabədi, Ağdam, Zərdab, Saatlı, Beyləqan, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarında quraşdırılacaq.

Bu il, eyni zamanda, bəzi məcburi köçkün məktəblərinin də yerində modul tipli təhsil müəssisələrinin quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən il 73 modul tipli məktəbin inşası başa çatıb, 27 məktəbdə isə bu sahədə iş davam etdirilir.
Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar