Bu il "Volkswagen" siyahıda birincidir

Bu il “Volkswagen” siyahıda birincidir
Want create site? Find Free WordPress Themes and plugins.

Almaniyanın “Volkswagen” şirkəti bu ilin altı ay ərzində dünyada ən çox avtomobil istehsalçısına çevrilib.

“A24.az” xəbər verir ki, bu barədə Trend “Autocar” portalına istinadən xəbər verir.

Yanvar-iyun ayları ərzində şirkət 5,27 milyon avtomobil istehsal edib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 % çoxdur.

Yaponiyanın “Toyota” şirkəti isə yarım il ərzində 5 milyon (keçən illə müqayisədə 0,6 % daha az) avtomobil istehsal edib. Reytingin üçüncü yerində ABŞ-ın “GM” konserni durur. Amma bu şirkətin istehsalı barədə dəqiq rəqəmlər göstərilmir.

“Volkswagen” şirkəti həmçinin bu il ərzində dünyada satılan avtomobillər üzrə də birinci yerdədir – 5,2 milyon. İkinci yerdə (4,99 milyon) yenə “Toyota” (o cümlədən “Lexus”, “Daihatsu” və “Hino” markaları ilə) şirkəti gəlir. Reytingin üçüncüsü isə “GM”dir – 4,76 milyon avtomobil.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar