Bu ixtisaslara qəbul olmaq istəyənlər üçün imtahanının tarixi açıqlandı

Bu ixtisaslara qəbul olmaq istəyənlər üçün imtahanının tarixi açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 27-də Azərbaycan Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirəcək.

DİM-dən  A24.Az-a verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq.

İmtahanda 1725 abituriyentin (Bakı şəhərində 1293 nəfər, Naxçıvan şəhərində 432 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 148 nəfəri Hərbi Tibb Məktəbinə, 1577 nəfəri isə hərbi liseylərə imtahan verəcək.

İmtahanın idarə olunmasına 12 imtahan rəhbəri, 132 nəzarətçi-müəllim cəlb edilib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 2 saat davam edəcək.

İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər:

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar