Bu mədəniyyət ocağında YENİ TƏYİNAT VAR

Bu mədəniyyət ocağında YENİ TƏYİNAT VAR
Want create site? Find Free WordPress Themes and plugins.

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin olunub.  

A24.Az  xəbər verir ki, Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov report-a bildirib ki, Gəncə Dövlət Filarmoniyasının direktoru Samir Cəfərov nazirliyin rəhbərliyinə müraciət edərək yaradıcılıq fəaliyyətinin davam etdirilməsi, genişləndirilməsi səbəbi ilə vəzifəsindən azad olunmasını xahiş edib: “Nazirlikdən məsələyə baxılıb və o, vəzifəsindən azad olunub”.

İ.Hümbətov əlavə edib ki, Gəncə Dövlət Filarmoniyasına yeni təyinat olub: “Gəncə Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinin bədii rəhbəri Elçin Emin oğlu Elçiyev müvafiq təqdimata uyğun olaraq, Gəncə Dövlət Filarmoniyasının direktor müavini təyin edilib. Hazırda kollektivə müvəqqəti olaraq rəhbərliyi direktor müavini həyata keçirir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar