Bu ölkədə meymunları axtalayırlar - FOTOLAR

Bu ölkədə meymunları axtalayırlar – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Cənub-şərqi Asiyanın ən əhəmiyyətli gəlir mənbələrindən biri hindistan qozudur. Ancaq bu ləzzətli meyvəni toplamaq çox çətindir. A24.Az xəbər verir ki, körpəlikdən böyüdülən meymunlar 20 metr hündürlüyü olan hindistan qozu ağaclarına çıxıb, əllərindəki kəskin bıçaqlarla hind qozu toplayırlar.

Tayland’ın çalışan maymunları: Makak

Tailandda “Quyruqlu Makaka” növündən olan meymunlar  digər növlərinə nisbətən daha güclü və ağıllıdırlar. 30 il bundan əvvəl meymunların bu bacarıqlarını kəşf edən Tailand kəndliləri makaka meymunlarını körpə ikən hind qozu toplamaq üçün tərbiyələndirirlər.

Tayland’ın çalışan maymunları: Makak

 Gündə minə yaxın hind qozu toplayan meymunlar insanlardan 8-10 qat sürətli işləyir. Onların mükafatı isə 2-3 ədəd manqo və ya banan olur.

Tailandlılara görə, quyruqlu makaka meymunu doğduqdan sonra sahiblərinin sözlərinə qulaq asmayıb, uşağıyla birlikdə qaçır. Ona görə  yaxşı işləyən meymunlar 4 aylıq olanda axtalanır.

Tayland’ın çalışan maymunları: Makak

 Tailandın ən əhəmiyyətli dolanışıq mənbəyi olan hind qozu ağacını yerli xalq hər yeməkdə, şirniyyatlarda, souslarda, dondurma istehsalında da istifadə edir. Hind qozu yağı hazırda bütün dünyada ən sağlam yağ kimi qəbul edilir.

Vüsalə Əlövsətqızı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Maraqlı, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar