Bu ölkələr Azərbaycanla Türkiyənin birgə istehsal etdiyi silahların arxasınca düşüblər

Bu ölkələr Azərbaycanla Türkiyənin birgə istehsal etdiyi silahların arxasınca düşüblər
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə istehsal edilən tapanca, ov tüfəngi, pnevmatik və avtomatik tüfəngləri keyfiyyət və qiymət baxımından Balkan ölkələri, ABŞ, Azərbaycan, Monqolustan, Rusiya və Qazaxıstan kimi ölkələrin böyük tələbiylə qarşılanıb.

“A24.az” xəbər verir ki, Kosovanın Prizren şəhərində keçirilən 4-cü Beynəlxalq Prizren İş Forumunda iştirak edən Akkurt Silah Sənaye AŞ-nin Balkan ölkələri üzrə nümayəndəsi Dərya Kürkçüoğlu verdiyi açıqlamada istehsal etdikləri tüfəng və pnevmatik tüfəngləri 17 ölkəyə ixrac ediklərini söyləyib.

Ən aktiv bölgənin Balkan ölkələri olduğunu qeyd edən Kürkçüoğlu “Akkurt olaraq ildə 30 min ov, pnevmatik və avtomatik tüfəng ixrac edirik. Azərbaycan, Monqolustan, Rusiya, Qazaxıstan və Balkan ölkələrinə satış həyata keçiririk” deyib.

Kürkçüoğlu Türkiyənin silah sənayesində çox yaxşı bir vəziyyətdə olduğunu bildirirərək “Hökumətin bu mövzuda çox gözəl layihə və sərmayə dəstəkləri var. Türkiyə silah sektorunda dünyada əhəmiyyətli bir yerdədir. Ov və pnevmatik tüfəngin istehsalında iddialıyıq. TİSAŞ da 23 ölkəyə silah ixrac edir. Azərbaycanın silah “know-how”unu hazırladıq. Birlikdə silah istehsal edirik. Qazaxıstanla da işlər aparılır. TİSAŞ ABŞ-a 100 min tapanca satıb” sözlərinə əlavə edib.

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar