Bu ölkələrin yüksək rütbəli şəxsləri Bakıda keçirilən paradı izləyəmə gələcəklər

Bu ölkələrin yüksək rütbəli şəxsləri Bakıda keçirilən paradı izləyəmə gələcəklər
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Ordusunun yaranmasının 100-cü yubiley ildönümü mərasimində Azərbaycanın hərbi sahədə əməkdaşlıq etdiyi bir sıra ölkələrdən yüksək rütbəli ordu rəsmilərinin iştirakı planlaşdırılır.

A24.Az-ın məlumatına görə, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akar tədbirdə iştirak etmək üçün Bakıya gələcək.

Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayatı Azərbaycanda səfərdədir. Bundan başqa İran Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrinin nümayəndə heyəti də Bakıda səfərdədir. İran müdafiə nazirinin müavini, general-mayor Əmir Səccid Mahmudi Şeyx Həsəninin rəhbərlik etdiyi nümayəndə heyətinin sabah Bakıda keçiriləcək hərbi paradda iştirakı və bir sıra görüşləri nəzərdə tutulub.

Bundan başqa Rusiyadan və digər ölkələrdən də yüksək rütbəli nümayəndə heyətlərinin Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək hərbi paradda iştirakı planlaşdırılır.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar