Bu qidada da D2 vitamini var

Bu qidada da D2 vitamini var
Want create site? Find Free WordPress Themes and plugins.

İnsanın gündəlik rasionu üçün vacib olan əsas qidalardan biri də D vitaminidir. Onun çatışmazlığı orqanizmdə nəfəs yollarının infeksion xəstəlikləri, raxit və osteoparoz kimi problemlərin yaranmasına səbəb ola bilər.

Almaniyanın Maks Rubner İnstitutunun və Qalle-Vettenberq Universitetinin tədqiqatçılarının apardıqları araşdırmaların nəticəsinə görə D2 vitamini ilə zəngin qidalar arasında əsas yeri tərkibi kakao olan məhsullar tutur.

A24.Az xəbər verir ki, alimlərin fikrincə günəş şüaları altında qurudulmuş kakao meyvələrinin tərkibi struktur dəyişikliklərinə uğrayaraq D və D2 vitaminləri formalaşdırır.

Kakao tərkibli müxtəlif məhsulları üzərində aparılan tədqiqatlar bir daha sübut edib ki, bu qida əsas D2 vitamini mənbələrindən biridir. Alimlər kakao əsaslı qidaların tərkibində bu faydalı məhsulun müxtəlif miqdarda olduğunu da bildiriblər. Belə ki, kakao yağı və tünd şokoladda D2 vitamini digər məhsullara nisbətən daha çoxdur.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar