Bu qidalar immuniteti GÜCLƏNDİRİR

Bu qidalar immuniteti GÜCLƏNDİRİR
Want create site? Find Free WordPress Themes and plugins.

Havalar soyuyana qədər immuniteti gücləndirmək üçün vitaminlərlə zəngin olan qidalar qəbul etmək lazımdır.

A24.Az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-diyetoloqu Leyla Zülfüqarlı immunitetin qüvvətlənməsinə kömək edən qidalar haqqında AZƏRTAC-a məlumat verib: “Hər gün süd, pendir, yoqurt, kəsmik, az və ya orta dərəcədə yağlılığı olan digər ağartı məhsulları yemək məsləhət görülür. Hər səhər kərə yağı ilə buterbrodun yeyilməsi vərəm xəstəliyinin profilaktikası üçün çox xeyirli üsullardan hesab edilir. Gün ərzində 150 qram kefir və ya yoqurt yemək soyuqdəymə riskini azaldır. Lobya bitki mənşəli məhsullar içərisində ən aktiv immunomoderatordur. Həm qabıqlı, həm də təmizlənmiş lobyanın tərkibində orqanizmdə interferon yaranmasına kömək edən çoxlu maddələr var.

Brokoli, gül kələm, baş kələm, Brüssel kələmi, ağ turp kimi bitkilər ağciyərləri və həzm sistemi üzvlərini xərçəng hüceyrələri, eləcə də sərbəst radikallardan qoruyan beta-karotin maddəsi ilə zəngindir.

Bildirçin yumurtası, soğan, sarımsaq, qıtıqotu, balıq, badam, qarabaşaq, darı, yulaf, narıngi, kivi, limon, portağal, itburnu, cəfəri, şüyüd, duza qoyulmuş kələm də immun sistemini qüvvətləndirən qidalardan hesab edilir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar