Bu qızlar “Azərbaycanın Gözəllik Kraliçası” ola bilərlər – FOTO

Bu qızlar “Azərbaycanın Gözəllik Kraliçası” ola bilərlər – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Dekabrın 11-də “Beauty Queen of Azerbaijan” (“Azərbaycanın Gözəllik Kraliçası”) layihəsinin sonuncu kastinq seçimləri baş tutub.

Oxu.Az xəbər verir ki, müsabiqənin münsiflər heyətində tanınmış modelyer-dizaynerlər – Afaq İsmayılzadə, Fəxriyyə Xələfova, Gülnarə Xəlilova, stilistlər – Nəsir Babayev, Fuad Hacıyev, Əməkdar artist Tünzalə Ağayeva, aktyor-aparıcı Şəhriyar Əbilov, rəqqasə Oksana Rəsulova yer alıb.

Layihənin rəhbəri Türkiyədə yaşayan azərbaycanlı aktyor Elmir İsmayılov, direktoru Türkan Novr, prodüseri isə Orxan Salmandır.

Müsabiqə “Fashion TV”, “Number One”, “Show TV”, “Kral TV” və digər xarici televiziya kanalları tərəfindən yayımlanacaq.

“Azərbaycanın Gözəllik Kraliçası” yarışmasında 1-ci yerin sahibi qızıl tac və pul mükafatı, 2-ci və 3-cü yerin sahibləri pul mükafatına layiq görüləcəklər.

Bununla yanaşı, Türkiyənin tanınmış model şirkəti ilə müqaviləyə də imza atacaqlar.

Artıq sosial şəbəkələrdə müsabiqəyə qatılan gözəllərin fotoşəkilləri yayılmağa başlayıb. “Instagram” və “Facebook” istifadəçiləri namizədlərin gözəl olmadıqlarını, gözəllik müsabiqəsinə yaramayan qızların seçildiklərini yazırlar.

Fotoları təqdim edirik:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar