"Bu Şəhərdə"nin aktyoru Coşqunun ölüm xəbəri yayıldı - FOTO

“Bu Şəhərdə”nin aktyoru Coşqunun ölüm xəbəri yayıldı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.
“Bu Şəhərdə” komandasının üzvü Coşqun Rəhimovun ölüm xəbəri sosial şəbəkələrdə yayılıb. 
A24.az xəbər verir ki, C.Rəhimovla bağlı bəzi profillərdə aktyorun vəziyyətinin qəflətən pisləşdiyi və rəhmətə getdiyi yazılıb.
Məlumat qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. İddialarla bağlı “Bu Şəhərdə” layihəsinin prodüseri və ssenari müəllifi Müşfiq Abbasov məlumat paylaşıb. O, bu məlumatı yalan olduğunu və bilərəkdən kimlərinsə konsert ərəfəsində bu cür məlumatlarla işlərinə kölgə salmaq istədiklərini bildirib:
“Kimlərsə və “nələrsə”, Bİzim Coşqunun adından, şöhrətindən, statusundan- istifadə edərək, onun haqqında ağzına və başqa orqanlarına gələni yazaraq, əfsuslar olsun, özlərinə reytinq və çörək qazanmaq istəyirlər…. və qazanırlar. Biləsiniz- sizin “xəbər”iniz özünüz kimi “odnorazovıy”dır. Dostlar! ALLAHA Şükür Coşqun sağ-salamatdır, keyfi yaxşıdır, əhvalı gözəldir, özüdə hal-hazırda bizim Londonda keçiriləcək konsertimizə hazırlaşır. Və Bizim Rafaelnən, onun ailəsi ilə bağlı, şəkilləri paylaşaraq, “sensasiya” yaratmaq istəyənlərin nəzərinə: – Adam erməni olmaz. P.s. Var olsun Bizim Tamaşaçılar!”

Xatırladaq ki, Coşqun Rəhimov bundan öncə də boğazından əməliyyat olunmuşdu. O bədxassəli şiş xəstəliyindən əziyyət çəkir.(azxeber.com)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar