Bu sözlər çox adamı biabır edib - Doğru bildiyimiz yanlış ifadələr - SİYAHI

Bu sözlər çox adamı biabır edib – Doğru bildiyimiz yanlış ifadələr – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Bilgisiz insanlar yazı prosesində tez-tez yanlışlara yol verir. Ancaq elə sözlər var ki, onların yazılışı zamanı savadlı, intellektli insanlar da səhv edə bilirlər.  Təəssüf ki, bu ifadələr adətən hər kəsin nümunə götürdüyü mətbuat nümayəndələri tərəfindən də təhrif edilir.

A24.Az əksər adamların yanlış yazdığı sözləri və ifadələri təqdim edir.

Mətbutda ən çox istifadə olunan yanlış ifadələrdən biri “ara məsafəsi”dir. Nəzərə alınmalıdır ki, “ara” və “məsafə” sözləri eyni mənanı kəsb edir və onların birlikdə istifadəsinə ehtiyac yoxdur.
“Hal-hazırda” ifadəsindəki “hal” hissəsini çıxarmaqla da heçnə dəyişmir. Yəni daha düzgün ifadə “hazırda” sözüdür. Onu da qeyd edək ki, ümumiyyətlə “hazırda” sözünü istifadə olunduğu bütün cümlələrdən çıxardıqda, məna dəyişmir. “Hazırda” sözünün iştirak etdiyi bütün cümlə sonluqları felin indiki zaman şəkilçisi ilə bitdiyindən, bu sözə ehtiyac qalmır.

Eyni fikirləri “ilk öncə” ifadəsinə də aid edə bilərik. Hər iki söz eyni mənanı daşıdığından, cümlədə onlardan birinin istifadəsi yetərli sayılır və hər iki sözün ardıcıl yazılması və deyilməsi yanlışdır.

Tez-tez rastlaşdığımız yanlış sözlərdən biri də “xadiməçi”dir. “Xadimə” sözünün təhrif olunmuş forması olan “xadiməçi” çox güman ki, “xidmətçi” və “xadimə” sözlərinin yanlış asossiyasıdır. Təbii ki, bu söz lüğətimizdə yoxdur və istifadəsi də yanlışdır.

Yersiz şəkilçi artırılaraq təhrif edilmiş sözlərdən biri də “oğruçu”dur. Sözün doğru yazılışı “oğru”dur.

Daha çox səhv yazılan sözlər içində diqqət çəkənləri “məşhur”, “layihə”, “yanlış” sözləridir. Yanlış olaraq bu sözlər “məhşur”, “lahiyə” və “yalnış” kimi yazılır.

Tez-tez yanlış yazılan digər sözlərin siyahısını təqdim edirik:

Kampaniya (Aksiya mənasında istifadə olunan bu ifadə daha çox “kompaniya” kimi yazılır. “Kompaniya” isə şirkət mənasını daşıyan ayrı ifadədir)
Orijinal (yanlış: orginal)
Ehtiyac, ehtiyat (yanlış: ehtiyyac, ehtiyyat)
Keşməkeşli (yanlış: kəşməkeşli)
Ab-hava (abu-hava)
Bu gün (Bugün)
Bugünkü (Bu günkü)
Əmin-amanlıq (əminamanlıq)
Cümhuriyyət (Cumhuriyyət)
Hərf başqadır, hərif başqa
Kəlmə
(Kəlimə)
Kirpik (Kiprik)
Qayınana (Qaynana)
Qəhrəman (Qəhraman)
Həyəcan (Həyacan)
Nikah başqa, nigah başqa
Nisgil
(niskil)
Tövsiyə (Tövsiyyə)
Ümid (Ümüd)
Zülm (Zülüm)

 

S.Amin

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sosial, Manşet, Redaktor Seçimi, Gündəm, Araşdırma, Maraqlı, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar