Bu teatr xeyriyyə fəaliyyəti ilə gündəmə gəldi – FOTOLAR

Dövlət Gənc Tamaşaçılar Teatrının məktəblilərin yeni il tətili günlərində nümayiş etdirdiyi tamaşalar fiziki qüsurlu və valideyn himayəsindən məhrum uşaqlar tərəfindən də çox böyük maraqla qarşılanıb.t4
Bayram günlərində “Savab Dünyası” Talassemiya Assosiasiyası, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi, Azərbaycan Əlillər Cəmiyyəti Səbail Rayon Əlillər şöbəsinin İdarə Heyəti, “Duyğu” Sosial Reabilitasiya İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi, Azərbaycan Respublikası Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi Yasamal rayon şöbəsi, Azərbaycan Respublikası Əlil Körpələrə Yardım İctimai Birliyi, “Ümid İşığında” Əlil Uşaqlara Yardım İctimai Birliyi, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı, Azərbaycan Diabet Liqası, Ümidli Gələcək Gənclər İctimai Birliklərindən olan azyaşlı dostlarımız yeni il tamaşası olan “Qrinç”i izləmək imkanı əldə ediblər. t3
Teatr il ərzində hazırlanan, xüsusilə yeni il və Novruz bayramı ərəfəsində nümayiş etdirilən tamaşalara adıçəkilən təşkilatları fəal cəlb edir. Xeyriyyə məqsədilə nümayiş etdirilən tamaşalara, eləcə də hər zaman onlara göstərilən diqqət və qayğıya görə bir sıra müəssisələrdən teatra təşəkkür məktubları daxil olur.

t2
“Yaradıcı təşkilat olaraq bu bizim vətəndaşlıq borcumuzdur. Sözügedən birliklərin üzvləri də cəmiyyətin bərabər hüquqlu üzvləridir və onlara mənəvi və maddi dəstək olmaq bizim üçün şərəfdir” – deyə teatrın direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov bildirib.

t1
“Ümid İşığında” İctimai Birliyi, Azərbaycan Respublikası Əlil Körpələrə Yardım İctimai Birliyi və digər təşkilatlardan gələn məktublarda teatrda nümayiş etdirilən Yeni il tamaşalarından iştirakdan məmnun qaldıqlarını qeyd edərək teatrın rəhbərliyinə və yaradıcı heyətinə öz minnətdarlıqlarını bildirirlər.

 

t3

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR