Bu telefonlardan istifadə edirsinizsə bir daha düşünün: ƏN PROBLEMLİ smartfonlar

Bu telefonlardan istifadə edirsinizsə bir daha düşünün: ƏN PROBLEMLİ smartfonlar
Want create site? Find Free WordPress Themes and plugins.

Məlumatların mühafizəsi sahəsində işləyən “Blancco” şirkətinin hazırladığı hesabata inansaq, “Samsung” şirkəti növbəti dəfə smartfon istehsalçıları arasında lider olub. 
A24.Az-ın ixbt.com saytına istinadən məlumatına görə, ancaq bu, mübarizə aparılası liderlik deyil.

Araşdırmaçılar iddia edirlər ki, 2018-ci ilin birinci rübündə “Samsung” smartfonları “Android” əməliyyat sistemlə işləyən aparatlar arasında ən yüksək nasazlıq göstəricisi nümayiş etdirib. Bu rəqəm 27,4 faiz olub.
“Apple” smartfonları arasında ən problemlisi “iPhone 6” smartfonudur. O, “iOS” düşərgəsində 22 faiz göstərici ilə liderlik edir. İkinci yerdə 16 faiz göstərici ilə “iPhone 6s” smartfonu gəlir. “Blancco”nun məlumatına görə, bu iki model üçün ekran sensorunun işləməsinin pozulması və displeydə boz xətlərin yaranması halları xarakterikdir.
“Android” dünyasında “Samsung”dan sonra 12,2 faiz göstəricisi ilə “Xiaomi”, üçüncü yer 9,6 faiz göstərici ilə “Motorola” gəlir.
Dəqiqləşdirək ki, “Blanco”nun hesabatı müxtəlif operatorlar və pərakəndə satıcılar tərəfindən verilən “Andoid” və iOS əməliyyat sistemlərinin təhlili üzərində qurulub.
Əlavə edək ki, “Blanco” şirkətinin bacarıqlı əməkdaşlarının əllərinə düşmüş “Apple” smartfonlarının təxminən 75 faizi yeni “iOS 11” sistemi ilə işləyib. Digər istehsalçıların 52 faiz smartfonu isə 2016-cı ildə istehsal edilən “Android Nougat” əməliyyat sistemi ilə işləyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar