Bu yoldan axşam keçsəniz yaxşı olar - DİQQƏT

Bu yoldan axşam keçsəniz yaxşı olar – DİQQƏT
Want create site? Find Free WordPress Themes and plugins.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Vaz dairəsindən Xırdalan dairəsinə kimi, həmçinin Ziya Bünyadov prospekti, Koroğlu dairəsindən 20 Yanvar istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Bu barədə “A24.az”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Məlumata görə, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

Bundan başqa, Bakı-Quba avtomobil yolunun 45-52 kilometrliyində (hər iki tərəf) yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri də aparılır.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Öncədən təşəkkürümüzü bildiririk!

Hörmətlə,

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar