Bu yolla işıq pulundan birdəfəlik azad ola bilərsiniz - VİDEO

Bu yolla işıq pulundan birdəfəlik azad ola bilərsiniz – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bir çox ölkələrdə günəş panellərindən istifadə geniş yayılsa da, Azərbaycanda bu panellərə maraq o qədər çox deyil. Halbuki, günəşli günlərin sayı Azərbaycanda çox olduğundan vətəndaşlar birdəfəlik müəyyən vəsaiti ödəməklə evlərini bu enerji ilə uzun müddət təchiz edə bilərlər.

A24.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, günəş panellərinin qiyməti 50 manatdan başlayır və topladığı enerjiyə görə artır. Ancaq günəş enerjisini elektrik enerjisinə çevirmək üçün təkcə günəş paneli kifayət etmir.

Uzun müddətdir günəş panelləri satışı ilə məşğul olan Vəkil Teymurlu bildirir ki, vətəndaşlar çox az bir vəsaitlə gün ərzində evi 8 saat fasiləsiz elektrik enerjisi ilə təmin edə bilərlər.

24 saat ərzində evi elektrik enerjisi ilə təmin etmək üçün təxminən 750 manat vəsait xərcləmək lazımdır. Bu vəsaiti xərclədikdən sonra isə vətəndaşların elektrik pulu ödəməsinə ehtiyac qalmayacaq.

Sahibkar Vəkil Teymurlu bildirir ki, günəş panellərini Azərbaycan özü istehsal edir. Bu panellər uzun müddət istismar üçün nəzərdə tutulur. Ancaq panellərin topladığı enerjini elektrik enerjisinə çevirən cihazlar daha çox Çindən və Türkiyədən idxal olunur.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən verilən məlumata görə, hazırda evləri normal elektrik enerjisi ilə təmin etmək üçün vətəndaşlar ən azı 400 manatlarından keçməlidirlər. Xüsusən payız və qış aylarında Azərbaycanda günəşli hava az olduğundan günəş panellərinə də maraq az olur.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar