Büdcə layihəsi prezidentə təqdim olundu

Büdcə layihəsi prezidentə təqdim olundu
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri Prezidentə təqdim olunub.

“A24.az” xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı qərarla Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yeni büdcə qaydasına uyğun olaraq tərtib etdiyi “Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.

Qərara əsasən, “Büdcə sistemi haqqında” qanuna müvafiq olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusu Azərbaycan Respublikasının Prezidentinə təqdim olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar