Bülənt Ərsoyun bu videosu izlənmə rekordu qırır – VİDEO

Türk Sənət Musiqisinin divası adlandırılan Bülənt Ərsoy özünün “snapchat” proqramı ilə lentə aldığı gülməli videosunu yayıb. A24.Az xəbər verir ki, 27 min izləyicisi olan hesabından videosunu yayımlayan divanın kadrları qısa müddət ərzində sosial mediada ən çox paylaşılan videolar arasında öz yerini alıb.

Ərsoyun səsini incəldərək “Mən maral olmaq istəmirəm, maralı sevmirəm, mən dovşan olmaq istiyirəm. Sən niyə məni belə çəkirsən?” dediyi videosuna çox sayda gülməli şərhlər yazılıb. İzləyicilərindən biri videonun altına “Əlim ayağım boşaldı”, digəri isə “Sən dovşan olma, üşüyərsən” şərhini yazıb.

Bir istifadəçinin isə “Qardaş, sosial media macəramın sonuna gəldim. Bu videodan sonra görəcək heç bir şeyim qalmadı. Əlvida sosial media!” yazması isə izləyiciləri qəhqəhəyə boğub.

Həmin videonu təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR