Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi
Want create site? Find Free WordPress Themes and plugins.

Bu il Bakıda keçirilən I Avropa Oyunları ilə əlaqədar buraxılış imtahanlarının vaxtında dəyişiklik ediləcək.

“A24.az” məlumat verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, bu vaxta kimi orta məktəblərdə buraxılış imtahanları iyun ayında keçirilirdi. Bu il isə Bakıda keçiriləcək buraxılış imtahanları ilə bağlı bütün tədbirlər iyunun 7-dək başa çatacaq.

Onun sözlərinə görə, regionlarda buraxılış imtahanları iyun ayında keçiriləcək: “Regionlardan da bəzilərində Avropa Oyunlarının müxtəlif istiqamətləri üzrə yarışlar keçiriləcək. Hazırda hansı regionda bu yarışların keçiriləcəyi müəyyənləşdirilir. Hələ ki, magistraturaya və rezidenturaya qəbulla bağlı tədbirlərin tarixi elan edilib. Bu yaxınlarda buraxılış və qəbul imtahanları ilə bağlı ümumi cədvəl təsdiqlənəcək. Bu, təkcə bizimlə əlaqədar deyil. Çünki imtahanların keçirilməsi ciddi tədbirlərdir və bu prosesə müxtəlif qurumlar da cəlb olunur. Ona görə də, Avropa Oyunlarının keçirildiyi müddətdə kütləvi tədbirlərin aparılması mümkün deyil”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar