Buraxılış imtahanlarında şagirdlərin yazacaqları inşalara verilən tələblər - Açıqlanıb

Buraxılış imtahanlarında şagirdlərin yazacaqları inşalara verilən tələblər – Açıqlanıb
Want create site? Find Free WordPress Themes and plugins.
Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarında şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər və inşa (esse) mövzularına aid nümunələri açıqlayıb.
Mərkəzdən bildirilib ki, ümumi təhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına əsasən şagirdlər ümumi və tam orta (9-cu və 11-ci sinif) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında test tapşırıqlarından əlavə təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil (9-cu sinif) haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburidir. İmtahanlarda inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır.
2017-ci ildə 9-cu və 11-ci sinif üzrə buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə yazacaqları inşalara verilən tələblər, həmçinin inşa (esse) mövzularına aid nümunələr (azərbaycan və rus dilində) http://tqdk.gov.az/news/school-leaving/2776/ linkində təqdim edilib.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar