"Burda nəsə bizans bicliyi var..."

“Burda nəsə bizans bicliyi var…”
Want create site? Find Free WordPress Themes and plugins.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə noyabrın 1-də baş tutmuş Soçi görüşünün Azərbaycana heç bir xeyri olmayacağını deyib.  

A24.az politoloqun fikrini olduğu kimi təqdim edir:

“Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də rusyalı həmkarı Vladimir Putinlə Soçidə qapalı görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etməliydi. Prezidentlər yekun mətbuat konfransında bu haqda bir söz demədilər. Bundan sonra maraqlı səfər turlarına start verildi. Ərdoğanın səfərindən bir gün sonra Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvaya çağrıldı, iki gün sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya paytaxtına getməlidir, 4 gün sonra isə onlarla Moskvada görüşən Rusiyanın xarici işlər naziri Sergey Lavrov həm Bakıda, həm də İrəvanda olacaq.

Qəribə səfər və görüş trayektoriyası deyilmi? Moskvada ayrı-ayrılıqda görüşdüyün nazirlərlə iki gün sonra yenidən Bakıda və İrəvanda niyə görüşəsən ki? Burda nəsə bizans bicliyi var. Bütün bu kombinasiyaların bizə xeyri olacağını düşünmürəm.

Təsadüfi deyil ki, prezident İlham Əliyev dünən YAP-ın tədbirində Lavrovun səfəri öncəsi “Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq” fikrini səsləndirməyə ehtiyac duydu”.

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar