Bütün dünya oteldə çəkilmiş bu görüntülərdən danışır - FOTO

Bütün dünya oteldə çəkilmiş bu görüntülərdən danışır – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanında saxlanılan şahzadə və nazirlərin tutulduğu “Rits-Karlton” otelindən görüntülər sosial yayılıb.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki,Səudiyyə Ərəbistanda ötən gecə yaradılan korrupsiya komissiyasının ilk işi 11 şahzadə, vəzifədəki 4 nazir, iş adamları, o cümlədən xeyli sayda insanı nəzarətə almaq olub.

Nəzarətə alınanlar arasında tez-tez Bodruma səfər edən, 17 milyard dollarlıq sərvətiylə dünyanın sayılıb-seçilən zənginləri arasında yer alan Şahzadə Əl-Vəlid bin Tallal da var.

Saxlanılanların “Rits-Karlton”un Ər-Riyaddakı otelində tutulduğu iddia edilir. Otelin içindən çəkildiyi iddia edilən görüntülər sosial mediada yayılıb.

“Əl-Cəzirə”dən Saad Abedinenin paylaşdığı video və fotoları çox sayda izləyici “retweet” edib.

Görüntülərin həbs olunanların saxlanıldığı oteldə çəkildiyi iddia edilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar