Bütün nəsilə yetəcək qədər sərvətləri var,  amma...

Bütün nəsilə  yetəcək qədər sərvətləri var,  amma…
Want create site? Find Free WordPress Themes and plugins.

Milyonlarla dollar sərvətləri olan işadamlarının texnologiyadan, səyahətə, yeməkdən, iqtisadiyyata qədər bütün sahələrdə tərgidə bilmədikləri bəzi xüsusiyyətləri var.

A24.Az həmin biznesmenlərdən bir neçəsini sizə təqdim edir:

Hindistanlı biznesmen Əzim Premji 175 min nəfərin  çalışdığı şirkətdə tualet kağızı istifadəsinə özü birbaşa nəzarət edir. İş saatı bitən kimi şirkət əməkdaşlarına işığı sönürmələri ilə bağlı xəbərdarlıq edir. Premji hava limanına yük daşımaq üçün istifadə edilən üç təkərli nəqliyyat vasitəsi ilə gedir.

Azim-Premji-120815.jpg (3500×2438)

“İKEA”nın sahibi İnqvar Kamprad 91 yaşındadır və 30 milyard dollar sərvəti var. Buna rəğmən yaşlı milyarder nahar yeməyini şirkətinin bufetində yeyir. Süfrədə qalan yuz və istiotu isə evinə aparır. İsveçli biznesmenin neçə  helikopter almağa imkanı olduğu halda bəzən avtobuslardan istifadə edir.

1444944_6cb38fe97e88856914c6a3effab1ce00_640x640.jpg (640×420)

Şəxsi avtomobili isə 1993 model Volvo 240-dır. Hər zaman endirim təklif edən hava yollarının xidmətlərindən yararlanır. Seçimi “Business class” deyil, “Ekonomy class”dan  yana olur. Kamrad hər zaman şirkət əməkdaşlarına tənbeh edir ki, kağızların hər iki tərəfindən istifadə etsinlər.

bZNOb_1490953267_3975.jpg (640×420)

Gənc yaşda 50 milyard dollar sərvətə sahib olan Mark Zukerberq olduqca sadə bir həyat tərzi ilə diqqətləri cəlb edir. Geyimə pul xərcləmir. Hər zaman rahat geyimlərə üstünlük verir. 30 min dollarlıq maşın sürür.

zuckerbeg-main.jpg (615×409)

15 milyard dolları olan, 64 yaşlı biznesmen Çarli Ergen məşhur “Dish network”ün sahibidir. Biznesmen restoranda yemək əvəzinə həyat yoldaşının evdə hazırlayaraq paketə qoyduğu yeməyi yeyir.

5940charles-ergen-3.jpg (2336×1752)

Uorren Baffet dünyanın ən zəngin 5 iş adamından biridir və 70 milyard dolar sərvəti var. Baffet mobil telefon və komputerdən istifadə etmir.

be4b609d1444944_6ca7ff38bc9889729ca5e067a384478e_640x640.jpg (640×420)

Nərmin Kərim, A24.Az 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Maraqlı, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar