A24.az xəbər verir ki, kənd sakinlərindən əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü kənd sakini Novruzov Ceyhun Dədəkişi oğlunun 34 yaşlı həmkəndlisi Quliyev Gülbala Rauf oğlu tərəfindən qətlə yetirilməsi namus üstündə olub.

Belə ki, həyat yoldaşı ilə qeyri-rəsmi şəkildə boşanan G.Quliyev 5 ay bundan əvvəl Bakıya, həyat yoldaşı isə atasının evinə köçüb. Qeyri-rəsmi şəkildə boşanmasına baxmayaraq, həyat yoldaşının xəyanət etməsindən şübhələnən G.Quliyev ötən gün Bakıdan kəndə gəlib.

O, həyat yoldaşı ilə ona xəyanət etdiyini düşünən qonşusu Novruzov Ceyhun Dədəkişi oğlunu öz yaşadığı evə çağıraraq mübahisə edib. Daha sonra G.Quliyev C.Novruzovun ürək nahiyəsinə 2 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən G.Quliyev polisə təslim olaraq, hadisəni törətdiyini etiraf edib.

Məlumata görə, onlar kənddə qonşu olublar. Eyni zamanda, hadisə baş verənə qədər yaxın dostluq münasibətləri olub.

Mərhum 3 uşaq atasıdır, G.Quliyevin isə övladı yoxdur.

Faktla bağlı araşdırma aparılır.

08:55***

GoldNews.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Privolnoye kəndində qeydə alınıb.

Həmin kəndin 1984-cü il təvəllüdlü sakini Novruzov Ceyhun Dədəkişi oğlu 34 yaşlı həmkəndlisi Quliyev Gülbala Rauf oğlu tərəfindən qətlə yetirilib.

Bakı şəhərində işləyən G.Quliyev bu gün kəndə gəlib və C.Novruzovu öz evinə çağırıb. G.Quliyev elə öz evində şəxsi münasibətlər zəminində C.Novruzovun ürək nahiyəsinə 2 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Daha sonra G.Quliyev polisə təslim olaraq, hadisəni etiraf edib. Qətlin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Mərhum 3 uşaq atasıdır və G.Quliyevlə yaxın münasibətləri olub.

Faktla bağlı araşdırma aparılır.

GoldNews.az