A24 Xeber

Cəlilabadda dəhşətli qəza – Xəsarət alan var – FOTOLAR

Cəlilabadda dəhşətli qəza – Xəsarət alan var – FOTOLAR
424
10 Noyabr 2018 - 12:58

Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

A24.az-ın əldə etdiyi məlumata görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Uzuntəpə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Rusiya Federasiyasına məxsus VAZ 2107 markalı minik avtomobili ilə traktor toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü ağır yaralanıb.

Yaralı qapalı kəllə-beyin travması diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, qəzaya səbəb minik avtomobilinin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirə bilməməsi olub.

Faktla bağlı araşdırma aparılır.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00