A24 Xeber

Cəlilabadda son tunc dövrünə aid əşya tapıldı – FOTO

Cəlilabadda son tunc dövrünə aid əşya tapıldı – FOTO
639
06 Dekabr 2018 - 20:45

Cəlilabad rayonunda eramızdan əvvəl II minilliyə aid olan qədim mədəniyyət nümunəsi aşkar edilib.

Tarixçi Elşad Əmənovun A24.az-a verdiyi məlumata görə, mədəniyyət nümunəsi rayonun Şatırlı kəndi ərazisində tapılıb.

O, təqribi hesablamalara əsasən bildirib ki, sözügedən əşya son tunc dövrünə aiddir: “Məişət əşyasının diametri və hündürlüyü 13 santimetrdir. Saxsı qabın üzərində hələlik adı müəyyən olunmayan naxışlar həkk olunub. Sözügedən əşya həmin dövrdə dulusçuluq sənətinin inkişaf etdiyindən xəbər verir”.

Qeyd edək ki, tarixi mədəniyyət nümunəsi rayonun Tarix-diyarşünaslıq muzeyinə təqdim ediləcək.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00