Çarəsi olmayan bu xəstəlik sürətlə yayılır - XƏBƏRDARLIQ

Çarəsi olmayan bu xəstəlik sürətlə yayılır – XƏBƏRDARLIQ
Want create site? Find Free WordPress Themes and plugins.

Dünya Səhiyyə Təşkilatının (WHO) Afrikada ortaya çıxan xəstəliklə bağlı açıqlaması gündəmə damğasını vurub.

A24.az xəbər verir ki, Afrikada bu ana qədər 127 adamın ölümünə səbəb olan “Qara taun” xəstəliyi haqqında açıqlama verən ölüm nisbətinin 88 faizə çatdığını və ölüm hallarının beş gündə 37 faiz artdığını bildirib. WHO, həmçinin Afrikada ortaya çıxan və bu ana qədər 127 adamın ölümünə səbəb olan, 1,300 insana yoluxan “Qara Taun” xəstəliyinin müalicəsi olmadığını, xəstəliyin ölüm nisbətinin yüzdə 88 faiz olduğunu açıqlayıb.

Başlanğıc əlamətləri atəş, üşütmə, baş və əzələ ağrısı olan “Qara taun” da kimi tanınan “Marburg virusu” xəstəliyi ebola bənzəyir. Çox vaxt ölümlə nəticələnir. WHO-nun saytından edilən açıqlamada, “Marburg virusu xəstəliyi xüsusi müalicəsi olmayan, ölüm riski yüksək olan nadir xəstəlikdir. Virus qan, sıc və xəstəlik yoluxmuş insanların və ya (meymun və yarasa kimi) heyvanların toxuması ilə birbaşa təmas yoluyla bulaşır” deyilib.

WHO xəstəliyin ilkin diaqnozu mərhələsində su itkisinin aradan qaldırılması və simptomatik müalicənin həyatda qalma şansını artırdığını, lakin hazırda virusu tamamilə təsirsiz hala gətirə biləcək bir müalicə olmadığını açıqlayıb.
WHO-nun Afrikadakı ofisindən Doktor Zabulon Yoti, “Təcili müdaxilə etmək, cəmiyyətin də tədbirlər görməsi çox mühümdür” – deyib və səhiyyə rəsmilərini yerli sakinlərlə birlikdə işləməyə çağırıb.

Qeyd edək ki, Sərhəd Tanımayan Həkimlər (MSF) sentyabr ayında başlayan yoluxucu xəstəliyin müalicəsinin mümkün olduğunu söyləmişdi. Madaqaskarın ən böyük hava yolu şirkətlərindən biri olan “Air Seychelles” oktyabr ayının əvvəllərində uçuşlarını dayandırıb və Madaqaskar hava sahələri xəstəliyin yayılmasını əngəlləmək üçün sərnişinlərini səhiyyə yoxlamasından keçirməyə başlamışdı.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar