Cavanşir Quliyev Fədayədən danışdı: "Sevirəm belə dəli qızları"

Cavanşir Quliyev Fədayədən danışdı: “Sevirəm belə dəli qızları”
Want create site? Find Free WordPress Themes and plugins.

Bir neçə gündür ki, “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədova həbsdən qaçmasına kömək etmək ittihamı ilə həbs olunan müğənni Fədayə Laçının ətrafındakı müzakirələr səngimək bilmir.

Ona qarşı münasibət birmənalı deyil. Ancaq müğənni “canini sevdiyi” və ona kömək etdiyi üçün cəmiyyətin əksər kəsiminin qınaq hədəfidir.

A24.Az Xeber365.com-a istinadən xəbər verir ki, Fədayə Laçınının bu addımına münasibət bildirən bəstəkar Cavanşir Quliyev əksəriyyət kimi düşünmədiyini qeyd edib: “O, edər, heç nəyə baxmaz. Sevirəm belə dəli  qızları. Zatən oxumağından bilinirdi… Sakit  axan həyatını romana çevirdi Fədayə… Mənim bir neçə mahnımı da oxuyub, çox yaxşı müğənnidi. Hakim mən olsam, buraxaram onu”.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində Etibar Məmmədov öldürülüb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar