Cavid Hüseynovun vəkili: “Əsabəli Mustafayev münəccimlik etməsin”

Cavid Hüseynovun vəkili: “Əsabəli Mustafayev münəccimlik etməsin”
Want create site? Find Free WordPress Themes and plugins.

“Mən Rasim Əliyevin ölümü ilə bağlı Məhkəmə-Tibbi Ekspertizasının verdiyi rəy haqda danışmışam. Mətbuatda nə sevinmək, nə də kədərlənməklə bağlı açıqlama verməmişəm. Vəkil Əsabəli Mustafayev öz-özündən nəsə xoflanır”.

a24.az” bildirir ki, bunu “Report”a açıqlamasında “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynovun vəkili Adəm Məmmədov deyib.

Qeyd edək ki, A.Məmmədov ötən gün “Report”a açıqlamasında bildirib ki, Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən, jurnalist Rasim Əliyevin ölümündə həkimlərin günahsız olduğu məlum olub. Zərərçəkən tərəfin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev isə bu gün A.Məmmədovun açıqlaması ilə bağlı mətbuata məlumat verib. O qeyd edib ki, A.Məmmədov Məhkəmə-Tibbi Ekspertizasının verdiyi rəyə görə niyə sevinir?

Məsələyə münasibət bildirən Cavid Hüseynovun vəkili “Report”a deyib ki, əslində heç bu rəyi də qəbul etmir:

“Həmişə olduğu kimi, Məhkəmə-Tibbi Ekspertizası yenə həkimləri müdafiə edib. Əsabəli Mustafayev ağsaqqal adamdır, açıqlamalarına fikir verməlidir. O bu açıqlaması ilə suni gərginlik yaradır. Mən başa düşə bilmirəm, bu nə deməkdir?! Əsabəli Mustafayev ağsaqqal adamdır, özünə hörmət qoysun. Bu barədə mənim adımdan danışmaqla mənfi rəy formalaşdırmasın. Hər kəs mənim kim olduğumu tanıyır. O mənim haqqımda danışanda məsuliyyətini hiss eləsin. Əsabəli Mustafayev belə açıqlama verməklə jurnalist Rasim Əliyevin yaxınlarında mənim haqqımda mənfi fikirlər yaratmaq istəyir. Deyəsən, bütün məsələlər tükənib, keçib bu varianta. Əsabəli Mustafayev, mənim qəlbimə girmisən?! Elə bil o münəccimdir, baxıcıdır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar