Çavuşoğlu: ABŞ dolları hücum vasitəsi kimi istifadə edir

Çavuşoğlu: ABŞ dolları hücum vasitəsi kimi istifadə edir
Want create site? Find Free WordPress Themes and plugins.

“Yalnız Venesuela ilə deyil, digər ölkələrlə də ikitərəfli ticarət əlaqələrimizdə yerli pul vahidlərini istifadə etmək istəyirik. Heç bir ölkənin pul vahidinə qarşı deyilik, ancaq pul vahidləri, digər ölkə iqtisadiyyatlarına hücum vasitəsi kimi istifadə edilməməlidir”

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri mətbuat konfransında Türkiyə Xarici İşlər Naziri Çavuşoğlu deyib. Venesuela Xarici İşlər Naziri Jorge Arreaza ilə paytaxt Caracastaki görüşündən sonra birgə mətbuat konfransı keçirən Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, 19 ildən sonra bu ölkəni ziyarət edən ilk Türk xarici işlər naziri olmaqdan xoşbəxt olduğunu bildirib. Son dövrdə Venesuela Dövlət Başçısı Nikola Maduronun da Türkiyəyə səfər etdiyini xatırladan Çavuşoğlu, iki ölkə liderinin sanki qardaş kimi olduqlarını ifadə edərək, Ankara-Caracas arasında ikitərəfli əlaqələrin getdikcə inkişaf etdiyini söylədi. İkitərəfli ticari münasibətlərdə yerli pul vahidlərini tanıdıqlarını bildirən Çavuşoğlu, bunları qeyd etdi: “Yalnız Venesuela ilə deyil, digər ölkələrlə də ikitərəfli ticarət əlaqələrimizdə yerli pul vahidlərini istifadə etmək istəyirik. ABŞ rəhbərliyi öz pul vahidi olan dolları bir hücum vasitəsi kimi istifadə etdiyi üçün digər ölkələr aralarındakı ticarətdə yerli pulları istifadə etmək istəyir. Heç bir ölkənin pul vahidinə qarşı deyilik, ancaq pul vahidləri, digər ölkə iqtisadiyyatlarına hücum vasitəsi kimi istifadə edilməməlidir”. Çavuşoğlu, Türkiyənin də son dövrdə pul vahidi üzərindən bu cür iqtisadi hücum prosesi yaşadığını dilə gətiriB.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar