A24 Xeber

Cazibədar aparıcı görün kimin qızı imiş – FOTO

Cazibədar aparıcı görün kimin qızı imiş – FOTO
1. 377 oxunma
29 May 2020 - 12:47

AZTV telekanalında çalışan Sevinc Gülməmmədqızı əməkdar jurnalist Tofiq Gülməmmədovun qızıdır.

A24.Az BiG.AZ-a istinadla xəbər verir ki, aparıcı bu barədə paylaşım edib. O vəfat edən atasının fotolarını yayaraq anıb:

“Atam, sağ olsaydın 60 yaşını qeyd edəcəkdik…Vaxtsız gedişinlə səni tanıyan hər kəsi sarsıtdın…Nə deyim, nə yazım bilmirəm…60 yaşına məzar daşını hədiyyə edəcəyim ağlıma gəlməzdi… Ruhun şad olsun ATA… İnşallah ki, yerin cənnətdir… Bir bilsən mənə yenidən sarılman üçün nələri verməzdim…

Hələ də son geyindiyin köynəyini qoxlayıb təsəlli tapıram. Cismən yanımda olmasan da ruhun mənimledi, hiss edirəm…Yerində rahat yat, ata, bizdə hər şey qaydasındadır. Bir gün mütləq qovuşacağıq, Ata… Allah sənə və bütün dünyasını dəyişənlərə rəhmət eləsin”.

Qeyd edək ki, 28 yaşı olan Sevinc Gülməmmədqızının 2 övladı var.

ÇOX BAXILAN FOTOLAR