6005-Che-Guevara-military-beret-hat

Çe Gevara Atatürkün kitablarını oxuyurdu

“A24.az”ın məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, Çe Gevara üçün “Argentinada mübarizə aparmış bir quldur mənim məktəbdə oxuyan gəncimin yaxasında, sinəsində ola bilməz, olmamalıdır” demişdi.

ismail-kahraman4

 

“Hürriyet” qəzetinə müsahibə verən kubalı səfir Alberto Qonzales Kasals məsələ ilə bağlı bunları dedi: “Kubanın ən böyük düşmənləri də belə sözlər işlətmədi. Bu səbəbdən heyrət içindəyik. Həmin fikirləri bölüşməyi gözləmirik, lakin rəmzlərimizə hörmət edilməsini tələb edirik. Çe Gevara yalnız Kuba deyil, bütün Latın Amerikasının siyasi və tarixi mirasının bir hissəsidir. Bir çox türk vətəndaşından dəstək telefonları aldıq. Çe Gevara üçün “bir çox insanları qətlə yetirən” dediyiniz zaman onun Kuba inqilabı üçün mübarizəsindən bəhs edirsiniz. Bu isə hörmətsizlik etmək deməkdir. Çe Gevaraya qatil deməklə mənim dövlət başçım üçün həmin ifadəni işlətmiş olursunuz.

kugba_1789

 

Bu fikirlərə mədəni şəkildə aydınlıq gətirmək istəyirik. Lakin məclis rəhbərinin qəbuluna hələ düşə bilməmişəm. Türk xalqı hər zaman Çe Gevaranı yüksək dəyərləndirib. Məclis rəhbərinin “qatil” və “quldur” kimi bəhs etdiyi Çe Gevara, Atatürkün kitablarını oxuyurdu. İnanmaq istərdim ki, məclis rəhbəri səhv başa düşmüş, tarixlə bağlı bu məlumatları səhv vermişdir. Çe Gevara üçün “qatil” və “quldur” sözləri işlətmək tarixi səhv oxumaq deməkdir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR