Cəbhədə ermənilərə məxsus 4 PUA zərərsizləşdirilib

Cəbhədə ermənilərə məxsus 4 PUA zərərsizləşdirilib
Want create site? Find Free WordPress Themes and plugins.

Cari ilin birinci yarısında cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə aid 4 pilotsuz uçuş aparatı Azərbaycan Ordusu tərəfindən məhv edilib.

A24.Az “AzeriDefence”ə istinadən xəbər verir ki, bunlardan ikisi X-55 (“Ptero-5E”) tipli taktik pilotsuz uçuş aparatı (PUA), digər ikisi isə multikopter sinfinə aid PUA olub.

X-55 tipli taktik PUA-lar Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən məhv edilib. Multikopterlər isə xüsusi vasitələrin tətbiqi ilə ələ keçirilib.

X-55 taktik PUA Rusiyanın “AFM Servers” şirkəti tərəfindən istehsal edilmiş “Ptero-5E” modelidir. Adıçəkilən PUA Ermənistan Ordusunun silahlanmasına 2013-cü ildə daxil edilib.

Müşahidələr göstərir ki, son aylar cəbhədə Azərbaycan Ordusunun dronlara qarşı xüsusi vasitələr tətbiq etməsi səbəbindən Ermənistan tərəfi PUA-lardan geniş istifadə edə bilmir.

Qeyd edək ki, 2017-ci ildə cəbhə xəttində Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin 5 ədəd pilotsuz uçuş aparatı (PUA) məhv edilib, kustar üsulla hazırlanmış havadan videomüşahidə vasitəsi (zond) isə ələ keçirilib. 2015-2016-cı illərdə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə aid 22 (2015-ci ildə 12 və 2016-cı ildə 10) pilotsuz uçuş aparatı Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar