Cəbhədə gərginlik: ermənilər hərəkətə keçir, Azərbaycan ordusu onları geri oturdur — TƏFƏRRÜAT

Cəbhədə gərginlik: ermənilər hərəkətə keçir, Azərbaycan ordusu onları geri oturdur — TƏFƏRRÜAT
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan rəhbərliyinin son hərbi və siyasi uğursuzluğu onları Qarabağ münaqişəsi zonasında gərginliyi artırmağa vadar edib. Son dörd gün ərzində Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərinə atəşi gücləndirib. Azərbaycan ordusunun cavab atəşi nəticəsində Tərtər, Goranboy və Ağdam istiqamətində düşmən əhəmiyyətli itkilər verib. Buna baxmayaraq Ermənistan Müdafiə Nazirliyi itkilərlə bağlı susmağa davam edir.

“A24.az”ın məlumatına görə, “haqqin.az” saytı hərbi mənbələrə istinadən yazıb ki, Tərtər rayonunun işğal olunmuş ərazisində erməni hərbçilərinin Azərbaycan mövqelərini izləmək üçün quraşdırdığı müşahidə kamerası sıradan çıxarılıb.

İşğal olunmuş Seysulan kəndində erməni hərbçilərinin mühəndis işləri keçirməyə cəhd etdikləri çox funksiyalı “Hyundai” markalı ağır texnika məhv edilib.

Bundan başqa, Tərtər rayonu istiqamətində cavab atəşi ilə düşmən postu dağıdılıb, nəticədə Ermənistan ordusunun iki hərbçisi öldürülüb.

Tərtər rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun digər bölmələri erməni hərbçilərə məxsus “Kamaz” markalı yük maşınını məhv ediblər.

Eyni zamanda Tərtərin rayonunun Həsənqaya kəndi yaxınlığında yerləşən Azərbaycan ordusunun bölmələrinin cavab atəşilə Ermənistan ordusunun iki hərbçisi öldürülüb.

Ermənistan ordusunun bu qədər artan fəallığına münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov bildirib ki, bu, Naxçıvan istiqamətindəki məğlubiyyətlə bağlı ola bilər.

“Qarabağ istiqamətində gərginlik yaratmaqla onlar Naxçıvan istiqamətindəki məğlubiyyətdən öz xalqının diqqətini yayındırmaq istəyirlər. Lakin bununla öz vəziyyətlərini ağırlaşdırdılar. İndi onlar ölkədə yeni etirazlardan ehtiyatlanaraq öz itkiləri gizlətmək məcburiyyətindədirlər”, – deyə ekspert qeyd edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar