Cəbhədəki son gərginlik Ermənistana nə verdi? - EKSPERTLƏR DANIŞIR

Cəbhədəki son gərginlik Ermənistana nə verdi? – EKSPERTLƏR DANIŞIR
Want create site? Find Free WordPress Themes and plugins.

Son günlərdə cəbhə xəttində ermənilərin törətdiyi təxribatlar kəskin hal alıb. Nəticədə erməni tərəfi daha çox itki verərək geri çəkilməyə məcbur olub. Bəs, bu qısa müddətli gərginlikdən Ermənistan hökuməti nə əldə etdi? Təxribatlar davam edəcəkmi?

A24.Az-a açıqlama verən politoloq  Qabil Hüseynlinin fikrincə, ermənilərin  qısamüddətli gərginlik yaratmaqda məqsədləri revanş məqsədlidir. “Erməni tərəfi buna nail ola bilmədi. İtkiləri böyükdür.  Qarşılarına qoyduğu taktiki məqsədlərə də nail ola bilmədilər. Sakitləşməlidirlər. Sarkisyan Moskvaya, oradan da Brüsselə getməyə hazırlaşır.  Yəni ortaq məxrəcə gəlinməsə vəziyyət davam edə bilər”.

Politoloqun fikrincə, ermənilərin müəyyən qəyyum dövlətlərdən aldıqları cavabdan asılı olaraq gələcəkdə hadisələrin  inkişafını söyləmək çox  çətindir. Hər halda qarşılaşdıqlarından nəticələr çıxarıb sakitləşməlidirlər”.

Politoloq Fikrət Sadıxov isə qeyd edir ki, ermənilərin Xocalı faciəsinin ildönümündə cəbhədə qısa müddətli gərginlik törətməyində məqsəd yaddaşlara yenilik gətirməkdir. “Təxribatlar həmişə var. Bu dəfəki təxribat da genişmiqyaslı xarakter daşıyırdı. Onlar demək istəyirlər ki, biz varıq”.

Siyasi ekspertin fikrincə, Azərbaycanın yüksək hərbi  texnologiyaya sahib olması ermənilərdə müəyyən narahatlıq hissi yaradır. “Azərbaycan Türkiyə, Rusiya,  İsraildən silahlar alır.  Ermənistan hökuməti öz seçicilərinə çatdırmaq istəyir ki, Azərbaycan bizi hədələyir,  biz isə sizin, ölkəmizin maraqlarını müdafiə etməyə hazırıq. Ermənistan başa düşməlidir ki, Azərbaycan 1992-ci ildəki Azərbaycan deyil. Azərbaycanın hərbi potensialı güclüdür. Vətənpərlik  ruhu yüksəkdir. Biz  torpaqlarımızı azad etməyə hazırıq.  Aprel hadisələri buna sübutdur”.

Politoloq F. Sadıxov bildirir ki, Ermənistana aparıcı dövlətlər təzyiq etməlidir. “Minsk qrupu iş görməlidir. Elə-belə aldadıcı bəyanatlar verməməlidir.   Onlara təzyiq  etməlidirlər ki, beynəlxalq hüquq normaları çərçivəsində  torpaqlarımızı tərk etsinlər. Əgər şərtlərə əməl etməsələr, simmetrik adekvat  zərbələr endirəcəyik”.

Vüsalə Əlövsətqızı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Eksklüziv
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar