Cəlilabadda “Multikulturalizm” jurnalının ikinci nömrəsinin təqdimatı olub

Cəlilabadda “Multikulturalizm” jurnalının ikinci nömrəsinin təqdimatı olub
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində “Multikulturalizm” jurnalının ikinci nömrəsinin təqdimatı keçirilib.

Təqdimat mərasimində “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu, jurnalın texniki direktoru Fuad Cəfərov, Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəmbərova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Meyxoş Abdulla və rayon ziyalıları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Fəxri Uğurlu jurnalın bu nömrəsində region əlavəsinin cənub bölgəsinə həsr edildiyini bildirib.

Fəxri Uğurlu jurnalın Azərbaycan Prezidenti İlham Əliyevin “Multikulturalizm ili” çərçivəsində imzaladığı tədbirlər planının müvafiq bəndinə uyğun olaraq çap edildiyini diqqətə çatdırıb.

Baş redaktor, həmçinin, jurnalda dərc edilən yazılar barədə də məlumat verib.

Tədbirdə çıxış edən Fuad Cəfərov multikulturalizmin Azərbaycan xalqının mədəniyyətində, başqa xalqlara münasibətində əsrlər boyu davam edib gələn bir anlayış olduğunu söyləyib. Qeyd edib ki, jurnalın nəşr olunmasında məqsəd də Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. Fuad Cəfərov bildirib ki, “Multikulturalizm” jurnalı öz fəaliyyətini Azərbaycan Prezidentinin müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması istiqamətində qurur.

Meyxoş Abdulla belə bir jurnalın ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkür edib, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevə minnətdarlığını bildirib.

AYB üzvü Asif Əsədli multikultural dəyərlərin ölkəmizdə hər zaman qorunduğunu vurğulayıb. Asif Əsədli Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Cəlilabadda filialının açılması təklifini irəli sürüb.

AYB üzvü Gülbala Teymur Cəlilabad ziyalılarının “Multikulturalizm” jurnalının çapından məmnun olduğunu bildirib. O, Kamal Abdullayevin qələm adamlarına həmişə dəstək olduğunu deyib.

AYB üzvü İman Abdulla klassik Azərbaycan şairləri və yazıçılarının əsərlərində multikultural mövzuların geniş yer tutduğunu bildirib. İman Abdulla ölkəmizdə multikulturalizmin banisinin ümummilli lider Heydər Əliyev olduğunu diqqətə çatdırıb.

Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəmbərova bu tədbirin məhz Cəlilabadda keçirilməsinə görə jurnalın kollektivinə təşəkkürünü bildirib.

Sonda Fəxri Uğurlu tədbir iştirakçılarına öz təşəkkürlərini çatdırıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar