Cəlilabadda şair və yazıçılar mükafatlandırılıb

Cəlilabadda şair və yazıçılar mükafatlandırılıb
Want create site? Find Free WordPress Themes and plugins.

Cəlilabadda nəşr olunan “Sözün işığı” ədəbi jurnalı Cəlilabad rayon İcra Hakimiyyətinin dəstəyi ilə  bir qrup qələm adamını 2016-cı ilin ədəbi yekunlarına görə diplomla təltif edib.

Mətləb Ağa və Bilal Alarlı ədəbi və publisistik yazılara görə, Vəliyulla Novruz ən yaxşı təbiət şeirlərinə, Əfrahim Abbas vətənpərvərlik mövzusunda şeirlərə, Hacıbala Əmir satirik və yumoristik əsərlərinə görə, Meyxoş Abdulla və Böyüş Yaquboğlu isə “Məhsuldar yazıçı” nominasiyası üzrə həmin mükafata layiq görülüblər.

Qalibləri təbrik edirik.

Xatırladaq ki, “Sözün işığı” jurnalı 2003-cü ildən Cəlilabadda nəşr olunur və redaktoru şair Ədalət Salmandır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar