Azərbaycanda tələbə qətlə yetirildi - YENİLƏNİB

Azərbaycanda tələbə qətlə yetirildi – YENİLƏNİB
Want create site? Find Free WordPress Themes and plugins.

Cəlilabad rayonunda qətl törədən şəxsin kimliyi məlum olub.

“A24.az”ın APA-ya istinadən verdiyi xəbərə görə, qətli Cəlilabad sakini Murad Muradovun törətdiyi məlum olub və həmin şəxs polis tərəfindən tutulub.

Məlumata görə, onun qətlə yetirdiyi 1999-cu il təvəllüdlü Emin Elman oğlu Abdullayev tələbə olub.

M.Muradovun E.Abdullayevdən siqaret almaq üçün pul istədiyi, rədd cavabı alanda isə onu bıçaqla vurduğu bildirilir.

*****

09:56

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

A24.Az “Report”un Aran bürosuna istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayon mərkəzində qeydə alınıb.

Məlumata görə, Cəlilabad şəhər sakini, Azərbaycan prospekti 17 ünvanında yaşayan 1999-cu il təvəllüdlü Emin Elman oğlu Abdullayev ürək nahiyəsindən bıçaq zərbəsi alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

E.Abdullayevin universitet tələbəsi olduğu bildirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar