Cəlilabadda torpaq sürüşməsi olub

Cəlilabadda torpaq sürüşməsi olub
Want create site? Find Free WordPress Themes and plugins.

Cəlilabad -Yardımlı avtomobil yolunun rayonun Pərdi kəndindən keçən hissəsində yenidən torpaq sürüşmələri baş verib.

“A24.az” xəbər verir ki, yerli sakinlərin APA-nın cənub bürosuna verdikləri məlumata görə, son günlərin intensiv yağıntıları zamanı dağlardan axıb gələn sel sularının yeraltı suxurlara dolması yol yatağının müəyyən hissəsinin yuyulması, bəzi ərazilərdə isə iri çatların əmələ gəlməsinə səbəb olub.

Mövcud vəziyyət  çökmüş yolun ətrafındakı alternativ yolda da müşahidə olunur.

Sakinlərin qənaətincə,  yağıntıların yenidən  başlayacağı təqdirdə ərazidəki dağ yamacının tamamilə sürüşməsi baş verər. Belə olan halda isə 40-a yaxın ucqar yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilə bilər.

Torpaq sürüşməsi həyətyanı sahələrdə də müşahidə olunur. Rayonun Pərdi kəndində iri torpaq qatı uçaraq həyətlərə tökülüb. Sürüşmə zamanı evlərə və təsərrüfatlara ziyan dəyməyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar