Cəlilabadda yanacaqdaşıyan maşın qəzaya düşdü - 4 NƏFƏR YARALANDI

Cəlilabadda yanacaqdaşıyan maşın qəzaya düşdü – 4 NƏFƏR YARALANDI
Want create site? Find Free WordPress Themes and plugins.

Cəlilabadda 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
A24.Az “Report”a istinadla xəbər verir ki, hadisə Ələt- Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Astara istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn yanacaqdaşıyan qoşqulu yük avtomobili ilə toqquşub.
Nəticədə sürücü də daxil olmaqla minik maşınında olan sərnişinlər – Ceyhun Nəsirov, Könül və İradə Nəsirovalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Qəzanın hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar