Cəlilabadda yaşayış binası çöküb - FOTO

Cəlilabadda yaşayış binası çöküb – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Cəlilabadda ikimərtəbəli yaşayaş binası çöküb.

“A24.az” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərinin Sahil küçəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə yerləşən ikimərtəbəli, 16 mənzilli yaşayış binasının dayaqlarından biri uçduğundan bina çöküb. Nəticədə yaşayış binası qəzalı vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Hadisə yerinə dərhal aidiyyəti qurumların nümayəndələri cəlb edilib. Mütəxəssislər binaya baxış keçirərək onun yaşayış üçün təhlükəli olduğunu müəyyənləşdiriblər.

Bundan sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının müdaxiləsi ilə binada yaşayan 16 ailə  təxliyyə olunub. Təxliyyə edilən ailələr  rayondakı peşə liseyinin həyətində quraşdırılmış müvəqqəti çadırlarda yerləşdirilib. Yaxın günlərdə isə həmin ailələrin liseyin yataqxanasına köçürülməsi nəzərdə tutulub. Bununla bağlı rayon fövqəladə hallar komissiyası tərəfindən lazımi tədbirlər həyata keçirilir.

Qeyd edək ki, qəzalı vəziyyətə düşən yaşayış binası ötən əsrin əvvəllərində inşa olunub və uzun müddətdən bəri təmir edilməyib.

94f7be17063f269911d5be9b249f9936
ac6c34f477c98734064dbb236243bf01

d2057de2589c4a5beb1a35b1101f25ba

e60edf2b1a89af700aa22c10d462f41e

0325bb4b6f5d0bb8fb5cf61f25fcdae7

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar