Cəlilabadın qaz istismar idarəsində özbaşınalıq - FOTOLAR

Cəlilabadın qaz istismar idarəsində özbaşınalıq-FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

A24.az xəbər verir ki, Cəlilabad rayon sakini Əkbərova Xuraman Sərraf qızı Cəlilabad qaz istismar sahəsinin əməkdaşlarının qanunsuz olaraq evinə gələn qaz xəttini kəsdiyini iddia edir, Cəlilabad rayon Qaz İstismarı sahəsinin rəisi əvəzi Rafiq Məhərrəmovdan şikayət edir. Bu səbədən iki uşağı və ankoloji xəstə olan anasıyla soyuq evdə yaşamağa məcbur olduqlarını yazır:

“Hörmətli redaksiya!

Yazıb sizə bildirmək istəyirəm ki, mən Əkbərova Xuraman Sərraf qızı Cəlilabad rayon Səttarxan küçəsində iki uşağım və ankoloji xəstə olan anamla birlikdə yaşayırıq.

Bir neçə gündür ki, Azəriqaz istehsalat birliyinin Cəlilabad qaz istismar sahəsinin əməkdaşları evimə gələn qaz xəttimizi kəsərək bizi soyuq ocaqda qoyublar. Səbəb isə çox sadədir. Mənim evimə çəkilmiş 333-10-44-00-1000-80 nömrəli sayğacın qaynım Abışov Habil Xoçaxan oğlunun adına olduğu üçün başıma bu oyun açılıb. Qaynım Habil Abışovun özünün yaşadığı mənzildə 233-10-43-342-00-000 nömrəli sayğacının Azəriqaza 336 AZN borcu var. Ona görə də Azəriqazın əməkdaşları qaynımın borcunu ödətdirmək üçün gəlib mənim də evimin qaz xəttini kəsiblər.

Mən öz qaz borcumu hər ay vaxtı-vaxtında ödəyirəm. Bununla bağlı Cəlilabad rayon Qaz İstismarı sahəsinin rəisi əvəzi Rafiq Məhərrəmovun da qəbulunda olduq. Rafiq Məhərrəmov bizə bildirdi ki, qaz xəttinizin kəsilməsinə görə şikayət məktubu yazdığınız üçün xəttinizi birləşdirmək fikrim yoxdu. Yaxşısı budur, məktubunuza təkzib yazaraq səhv etdiyinizi bildirin. Biz isə razılaşmadıq. Çünki səhv bizim yox, qaz idarəsinin işçilərinindir”.

Şikayətçi qarşılaşdığı problemin həll edilməsində yardımçı olmağımızı xahiş edir:

“Sizdən xahişim odur ki, evimə gələn qaz xəttinin birləşdirilməsi üçün əlinizdən gələn köməyi əsirgəməyəsiniz. Havalar soyuyub, dörd nəfər evin içində soyuqdan donuruq”.

Redaksiyadan: Məsələylə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar